Bu rayonda yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb

Bu rayonda yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb
11 Apr 2025 16:03

Sabirabad rayonunun Həşimxanlı kəndində yerləşən yanacaqdoldurma məntəqəsində yanğın təhlükəsizliyi sahəsində ciddi nöqsanlar aşkar edilib.

News365.az xəbər verir ki, aparılan yoxlama zamanı məlum olub ki, bu nöqsanlar insan həyatı və sağlamlığına, ətraf mühitə, həmçinin dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaradır.

Yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud şəkildə pozulması səbəbindən məntəqənin fəaliyyəti dayandırılıb.


Sizin reklam burada
Sizin reklam burada