Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiya ilə Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko deyib ki, Moskvaya pilotsuz təyyarə ilə hücum Rusiya prezidenti Vladimir Putinə havada atəşkəslə məşğul olmaq üçün bir mesajdır.
News365.az xəbər verir ki, Kovalenko sosial media hesabından paylaşdığı video mesajında Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün Ukrayna və ABŞ rəsmilərinin bu gün Səudiyyə Ərəbistanının Ciddə şəhərində görüşdüyünü xatırladıb. Digər tərəfdən, bu gecə Rusiyanın paytaxtı Moskva və ətrafına ən sıx PUA hücumlarının edildiyini ifadə edən Kovalenko, bunun Rusiya prezidenti Putinə hava məkanında atəşkəslə bağlı "mesaj" olduğunu bildirib. "Bu, Putinə əlavə siqnaldır ki, o, həm də havada atəşkəsdə maraqlı olmalıdır. Təkcə neft emalı zavodları deyil, həmçinin pilotsuz təyyarələr də Moskva üzərində daim kütləvi şəkildə uça bilər", - Kovalenko bildirib.