Belçikada ictimai yerlərdə siqaret çəkmək qadağan edilib.
News365.az RTL-ə istinadla xəbər verir ki, Fleurus şəhərində gəncləri siqaretin zərərli təsirlərindən qorumaq məqsədilə yeni parklar açılıb.
Bu parklar, eləcə də məktəblər, uşaq bağçaları və qocalar evlərinin ətrafında siqaret və elektron siqaretin istifadəsi qadağan edilib. Yeni qərara görə, məktəb, körpələr evi və qocalar evlərinin giriş-çıxışlarından 10 metr məsafədə siqaret çəkmək və elektron siqaret istifadə etmək qadağandır.