Yer kürəsində son zamanlar davam
edən ən güclü G3+ kateqoriyalı maqnit qasırğası davam edir. Rusiya Elmlər
Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya
Laboratoriyasından bildirilib ki, oktyabrın 16-dan 17-ə keçən gecə güclü
qasırğa olacaq.
Təbii ki, bu da bəzi meteohəssas
insanlarda narahatlıq hissi yarada bilər.
Məsələ ilə bağlı News365.az -a
danışan həkim Rasif Bağırov belə gündə bəzi insanların
səhhətlərinə qarşı çox diqqətli olmalarını vacib hesab edir:
“Belə gündə müəyyən xroniki xəstəlik
keçirmiş cavan adamlarda baş ağrıları müşahidə olunur və belə hava əsasən 50
yaşdan yuxarı insanların səhhətinə mənfi təsir göstərir.
Məsələn, qanında müəyyən yağların miqdarı yüksək olan, qanında qatılıq olan,
bir sözlə qan təzyiqindən əziyyət çəkən insanlara belə hava pis təsir edir.
Bu da özünü baş ağrıları, halsızlıq kimi simptomlarla göstərə bilər. Belə hava
hətta hipertoniyadan ciddi əziyyət çəkən insanların ölümünə belə səbəb ola
bilər. Ona görə də bu günlərdə 50 yaşından yuxarı və qan təzyiqindən əziyyət
çəkən insanlar bir qədər diqqətli olmalıdırlar”.
News365.az