Bu ərazilərdə SU KƏSİLİB

Bu ərazilərdə SU KƏSİLİB
07 Mar 2025 15:59

Xocəsən və Biləcəri qəsəbələri ərazisindən keçən magistral xətdə baş verən qəzanın aradan qaldırılması işləri zamanı boru xəttinin üzərindəki torpaq təbəqəsi açılandan sonra qəza həcminin böyük olduğu aşkarlanıb.

Bu barədə News365.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.

Bildirilib ki, bu səbəbdən işin icrasının 8 mart tarixinə qədər davam etdirilməsi zərurəti yaranıb. Bu müddətdə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9-cu mikrorayonlara, “Vorovski” qəsəbəsinə və Nərimanov rayonunun bir hissəsinə suyun verilməsində fasilə yaranıb. 

Sabah gün ərzində suyun əvvəlki rejimlə verilməsi mərhələli şəkildə həyata keçiriləcək


Sizin reklam burada
Sizin reklam burada