2025-ci ilin son ayında dünya üzrə balıq bazarında qiymət artımı qeydə alınıb. Beynəlxalq maliyyə institutlarının yayımladığı son hesabatda bildirilir ki, dekabr ayında balıq məhsullarının qlobal qiymətləri son iki ilin maksimum səviyyəsinə yaxınlaşıb.
Məlumatda qeyd olunur ki, bir ton balığın orta dünya qiyməti noyabr ayı ilə müqayisədə 1,6 faiz bahalaşaraq 1 823,56 ABŞ dollarına yüksəlib. Bu göstərici 2023-cü ilin dekabrından bəri ən yüksək səviyyə hesab olunur. Həmin vaxt dünya bazarlarında balığın bir tonunun qiyməti 1 847,44 dollar olmuşdu.
Mütəxəssislər qiymət artımını əsasən logistika xərclərinin yüksəlməsi, iqlim dəyişikliklərinin ov həcmlərinə təsiri və bəzi regionlarda təklifin azalması ilə əlaqələndirirlər. Qeyd olunur ki, mövcud tendensiya davam edərsə, yaxın aylarda balıq məhsullarının pərakəndə bazarlarda da bahalaşması mümkündür.