Astarada yol qəzası - Ər-arvad xəsarət aldı

Astarada yol qəzası - Ər-arvad xəsarət aldı
07 Yan 2026 18:01

Astarada avtomobil mopedlə toqquşub.

 News365.az xəbər verir ki, hadisə rayonun Ərçivan qəsəbəsində qeydə alınıb. Astara sakini Eldar Şabanovun idarə etdiyi "Niva" markalı avtomobil rayon sakini 1980-cı il təvəllüdlü Muxtar Rəhimovun idarə etdiyi mopedlə toqquşub. Qəza nəticəsində mopedin sürücüsü və mopeddə olan həyat yoldaşı Bakı sakini 1987-ci il təvəllüdlü Lalə Aslanova xəsarət alıb.

Onlar Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada