Gürcüstan parlament spikeri: Brüssel Aİ-nin nüfuzunu zəiflədib

Gürcüstan parlament spikeri: Brüssel Aİ-nin nüfuzunu zəiflədib
07 Yan 2026 17:43

Gürcüstan Parlamentinin spikeri Şalva Papuaşvili Avropa İttifaqının qlobal güc kimi təsirinin Brüssel bürokratiyası tərəfindən zəiflədiyini bildirib. 

News365.az xəbər verir ki, bu barədə o, “TASS” agentliyinə açıqlamasında deyib.

Papuaşvili vurğulayıb ki, Avropa İttifaqı daha əvvəl nüfuz sahibi olsa da, hazırda qərarvermə mexanizmləri və bürokratik struktur onun qlobal təsirini sarsıdır. Spiker xüsusilə Ukrayna böhranını misal gətirərək qeyd edib ki, bu məsələdə Aİ üzvləri ilə Brüssel arasında effektiv dialoq çatışmır:

“Heç kim Brüssellə Ukrayna məsələsini müzakirə etmək istəmir. Bu da Aİ-nin qlobal nüfuzuna ciddi təsir göstərir,” – Şalva Papuaşvili bildirib.

Onun sözlərinə görə, Aİ-nin vahid qərarvermə və diplomatik fəaliyyət mexanizmlərindəki problemlər, xüsusən də mürəkkəb beynəlxalq böhranlarda onun təsir imkanlarını məhdudlaşdırır.


Sizin reklam burada
Sizin reklam burada