Rumıniya Prezidentinin təyyarəsi qara görə hava limanında qaldı

Rumıniya Prezidentinin təyyarəsi qara görə  hava limanında qaldı
07 Yan 2026 20:20

Rumıniya Prezidenti Nikuşor Danın təyyarəsi güclü qar səbəbindən Paris hava limanından qalxa bilməyib.

News365.az xəbər verir ki, bu haqda Rumıniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, təyyarə yanvarın 7-də səhər havaya qalxmağa hazırlanıb. Lakin uçuş-enmə zolağının qarla örtülməsi uçuşu təxirə salmağa məcbur edib.

“Biz dünən uçmamaq qərarına gəldik, çünki Buxarestdəki qatı duman səbəbindən səhər saat 3-4-də çatacaqdıq”, - Dan bildirib.

Rumıniya Prezidenti əlavə edib ki, Fransada bu hava şəraiti ölkə üçün qeyri-adidir. Onun sözlərinə görə, ekipaj və sərnişinlər hazırda təhlükəsiz uçuş üçün uçuş-enmə zolağının təmizlənməsini gözləyirlər.


Sizin reklam burada
Sizin reklam burada