İngiltərədə yeni doğulmuş uşaqların kütləvi şəkildə basdırılmasını göstərən qəbirlər tapılıb. Bu barədə Times məlumat yayıb.
Nəşr yazıb ki, dəhşətli tapıntı Oldem şəhərinin ərazisində aşkarlanıb. Bundan əlavə, hüquq-mühafizə orqanları daha üç məzarlıq da tapıblar.
Belə yerlərin mövcudluğu 53 il əvvəl əkiz dünyaya gətirmiş bir qadın sayəsində məlum olub. Onun əkizləri doğuşdan dərhal sonra ölüblər. Bütün bu illər ərzində ana övladlarının dəfn yerlərini tapmağa çalışıb.
olis də bu işə qarışıb. Nəticədə belə bir nekropol tapılmağa başlayıb.
Məlum məzarlıqların meydana gəlməsinin səbəbi, 80-ci illərin sonlarında hələ də ünsanların ümumi qəbirlərdə dəfn olunması olub. Hazırda bu cür yerlər Devon, Lankaşir, Haddersfield və Midlesbroda da var.
Tural