BMT-nin Baş katibi İsrailin hücumlarını pisləyib

BMT-nin Baş katibi İsrailin hücumlarını pisləyib
03 May 2025 11:39

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş İsrailin Suriyanın suverenliyini pozan hücumlarını pisləyib.

News365.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Təşkilatın sözçüsü  Stefan Dujarrik açıqlama verib.

BMT Baş katibinin Dəməşqin bəzi bölgələrindəki gərginliyi narahatlıqla izlədiyini qeyd edən Dujarrik, mülki şəxslərə qarşı hər cür zorakılığı və məzhəb gərginliyini artıran fəaliyyətləri pislədiyini bildirib.

“Baş katib İsrailin Suriyanın suverenliyinə, o cümlədən Suriyanın paytaxtı Dəməşqə hücumlarını pisləyir”, - deyə Dujarrik bildirib. 


Sizin reklam burada
Sizin reklam burada