Blinkenin yerinə görün kim gəldi - FOTO

Blinkenin yerinə görün kim gəldi - FOTO
10:26

Bazar ertəsi ABŞ Senatı yekdilliklə Respublikaçı senator Marko Rubionu dövlət katibi vəzifəsinə təsdiqləyib. 

News365.az xarici mediaya istinadla xəbər verir ki, bununla da prezident Donald Tramp administrasiyasının ilk kabinet üzvü təsdiqlənmiş olub. 

99-0 səs nisbəti ilə təsdiqlənən Rubio dövlət katibi kimi ölkənin baş diplomatı və bu vəzifəni tutan ilk Latın Amerikalısı olub.

O, Antoni Blinkendən vəzifəni təhvil alıb.