Bizim bu cür raketimiz var, ancaq hücum edənlər… - Pezeşkian

Bizim bu cür raketimiz var, ancaq hücum edənlər… - Pezeşkian
16 Sen 2024 22:34

İran tərəfi Yəmən husilərinə hipersəs raket ötürməyib.


News365.az xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian deyib.


“Bizim hipersəs raketimiz var, lakin yəmənlilərin buraxdıqları növdən yoxdur. Yəmənlərin özlərinin raket texnologiyası var və özləri də istehsal edir”, - o bildirib.


Qeyd edək ki, husilər bazar günü İsrailin Yaffa bölgəsindəki hərbi obyekti hipersəs ballistik raketlərlə vurduqlarını açıqlayıblar. Hərəkatın sözçüsü Yəhya Səriyanın sözlərinə görə, 20 raket atılıb və İsrail onlardan heç birini vura bilməyib.


İsrail isə husilərin raket hücumu ilə bağlı Təl-Əvivdə və İsrailin mərkəzi bölgələrində, o cümlədən Ben Qurion hava limanında hava hücumu həyəcanı verildiyini vu

rğulayıb.



Youtube kanalımız

Oxşar xəbərlər