Bəzi yerlərdə su olmayacaq - XƏBƏRDARLIQ

Bəzi yerlərdə su olmayacaq - XƏBƏRDARLIQ
26 İyl 2025 10:04

Bu gün Naxçıvan şəhərinin bəzi ərazilərinə içməli suyun verilməsi dayandırılacaq.

News365.az xəbər verir ki, şəhərin Azərbaycan məhəlləsinin bir hissəsini, Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərini içməli su ilə təmin edən magistral xətdə baş verən qəzanın aradan qaldırılması işləri ilə əlaqədar bu gün saat 9:00-da bu ərazilərin müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranacaq.

İşlər gün ərzində yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.


Sizin reklam burada
Sizin reklam burada