Beyləqan sakini sirkə turşusundan zəhərlənərək ölüb.
News365.az xəbər verir ki , hadisə şəhərin Akif Cavadov küçəsində qeydə alınıb. Rayon sakini, 1991-ci il təvəllüdlü Quliyev Səxavət Zahid oğlu zəhərlənmə diaqnozu ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həkimlərin səylərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. S.Quliyev rayonda fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrindən birində operator vəzifəsində çalışırmış. Faktla bağlı araşdırma aparılır