Belousovun Zəngəzur xəbərdarlığı kimə ünvanlanıb?

Belousovun Zəngəzur xəbərdarlığı kimə ünvanlanıb?
28 May 2025 21:15

Rusiya müdafiə naziri Andrey Belousovun “Ermənistanın Zəngəzur vilayəti ətrafında gərginlik davam edir. Eyni zamanda Cənubi Qafqazda xarici ölkələrin fəallığı artır” sözləri İrəvana və Parisə ünvanlanıb. Çünki Fransa bir neçə gündən sonra Qərbi Zəngəzurda konsulluq açacaq. Ayrıca Gorusda Ermənistan-Fransa konfransı keçiriləcək.


News365.az xəbər verir ki, bu sözləri politoloq Elxan şahinoğlu deyib.


“Rusiya müdafiə nazirinin sözlərinə görə, hazırkı fəallığın məqsədi təhlükəsizliyin gücləndirilməsi yox, həmin ölkələrin təsir dairəsini genişləndirməkdir. Yəni Belousov demək istəyib ki, Fransanın dərdi Ermənistanın təhlükəsizliyi deyil, bölgədə təsir dairəsini genişləndirməkdir. Fransa Azərbaycanla münasibətləri normallaşdırmadan yalnız Qərbi Zəngəzurda konsulluq açmaqla Cənubi Qafqazda möhkəmlənə bilməyəcək. Buna baxmayaraq, Belousovun narahatlığı anlaşılandır. Kreml hesab edir ki, Fransanın Ermənistandakı fəallığının əsas məqsədi Rusiyanı bu ölkədən sıxışdırıb çıxarmaqdır. Buna görə də Rusiya Türkiyə və İranın xaricində bölgədən uzaq ölkələrin Cənubi Qafqazda fəallığının əleyhinədir”, - politoloq qeyd edib.


Sizin reklam burada
Sizin reklam burada