İndi dünyada intellektual detektiv əsərlər daha çox populyardır və oxunulur. Hələ ki bizim əksər nasirlərin o üslubda yazmağa gücü çatmır. Den Braunun nə qədər məsuliyyətli olduğunu "Da Vinçi şifrəsi" əsərini oxuyanda anladım. Bu əsərin yazılması üçün o, təkcə təxəyyülünə güc verməyib, eyni zamanda tibb, rəssamlıq, tarix üzrə biliklərini artırıb. Görünür ki, illərlə bu sahələrlə maraqlanıb.
Gənclərin detektiv əsərlərə maraq göstərməsi təbii haldır. Onlar insan psixologiyasını
öyrənməyə çalışırlar. Gənc yaşlarında bunu öyrənmələri daha yaxşıdır. Detektiv əsərlərdə hadisələr, cinayətlər, bunların nəticəsi gənclərə çox maraqlı gəlir. Onlar müstəqil həyata yeni qovuşurlar deyə psixikanı, gizli oyunları, labirintləri öyrənməyə çalışırlar. Detektiv olsa belə, əsas odur, kitab oxusunlar. Burada yaş mərhələsinin də rolu var.
Bəziləri fəlsəfə, psixologiya, bir hissə isə sadə həyat həqiqətlərini oxuyur. Subyektiv fikrim budur ki, ömrü boyu əkşn detektiv oxuyub, bundan fəxr edənin beyni inkişafdan qalıb. Ən azından insan yaşlaşdıqca, mərhələlər özünü göstərir. Artıq beyin öz sözünü deyir ki, "sən bu adamsan, fəlsəfə və yaxud psixologiya oxumalısan". Təəssüf ki, Azərbaycanda bəzi yazıçıların əsərləri detektivliyin ilkin, yəni ibtidai icma formasıdır. Dünyada intelektual detektivlik hökmranlıq edir. Bizdə isə ibtidai icma quruluşu səviyyəsindədir. Məncə, intelektual detektivliyə doğru addımlamaq gözəl olardı.
Azər Qismət, yazıçı publisist
Youtube kanalımız