Belarus ordusunun döyüş hazırlığı yoxlanılacaq

Belarus ordusunun döyüş hazırlığı yoxlanılacaq
14:52

Belarus Prezidenti Aleksandr Lukaşenko ordunun döyüş hazırlığının təcili yoxlanılması barədə göstəriş verib.

News365.az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Dövlət başçısının tapşırığına əsasən, hərbçilər bölmələrin yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməsini təmin etmək məqsədilə kompleks tədbirlər həyata keçirirlər.

Bəzi bölmələr müəyyən olunmuş rayonlara çıxacaq və müvafiq göstərişlə nəzərdə tutulan tapşırıqları yerinə yetirəcəklər.

Yoxlamanı Belarusun Təhlükəsizlik Şurasının Dövlət Katibliyi koordinasiya edir.


Sizin reklam burada
Sizin reklam burada