“Bank of Baku“ 2024-cü ilə pis başlayıb, əvvəlki kimi qazana bilmir - Təhlil

“Bank of Baku“ 2024-cü ilə pis başlayıb, əvvəlki kimi qazana bilmir -  Təhlil
16 Apr 2024 22:38

“Bank of Baku” 2024-cü ilə pis başlayıb. 

2024-cü ilin I rübündə “Bank of Baku”nun xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə azalaraq 3,5 milyon manat təşkil edib. 2023-cü ilin müvafiq dövründə bank 9,5 milyon manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə bankın faiz gəlirləri 18,7% artaraq 35,22 milyon manat, faiz xərcləri isə 51,8% artaraq 13,24 milyon manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 3,8 milyon manata (illik müqayisədə 75% çox), qeyri-faiz xərcləri isə 19,3 milyon manata (illik müqayisədə 27,1% çox) bərabər olub. 

Beləliklə, bank bu dövrdə 6,55 milyon manat əməliyyat mənfəəti əldə edib ki, bu da illik müqayisədə 18% azdır.

Cari ilin aprelin 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 5,9% və ya 51,7 milyon manat artaraq 922 milyon 559 min manata yüksəlib. Cari ilin ilk 3 ayında “Bank of Baku”nun kredit portfeli (müştərilərə verilmiş kreditlər) 1,6% və ya 10,3 milyon manat artaraq 669 milyon 359 min manata çatıb. Bankın kredit portfelində istehlak kreditləri 487,6 milyon manat (2,4% artıb), biznes kreditləri 142,9 milyon manat (3,5% azalıb), daşınmaz əmlak kreditləri isə 38,9 milyon manat (11,5% artıb) təşkil edib.

Bu dövrdə “Bank of Baku”nun cəmi öhdəlikləri 780 milyon manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 6,6% və ya 48,2 milyon manat çoxdur. Bankın depozit portfeli də cari ilin ilk 3 ayında 10,4% və ya 53,8 milyon manat artaraq 569 milyon 567 min manata yüksəlib.

2023-cü il aprel ayının 1-nə “Bank of Baku”nun cəmi kapitalı ilin əvvəli ilə müqayisədə 2,6% və ya 3 milyon 555 min manat artaraq 142 milyon 526 min manat təşkil edib.

 


Youtube kanalımız

Oxşar xəbərlər