Bu məhsul da ucuzlaşdı - VİDEO

Bu məhsul da ucuzlaşdı -  VİDEO
28 Apr 2024 13:58

Bazarlarda kartofun qiymətində ucuzlaşma müşahidə olunur.

Hazırda Tovuzda kartofun kiloqramının qiyməti 30 qəpikdən tutmuş iki manata qədər dəyişir. Satıcılar ümumiyyətlə fəsillə əlaqədar kartofa tələbatın azaldığını bildirirlər.

Cəlilabadlı fermerlər də məhsuldarlığın az olduğunu deyərək qiymətlərdən narazı olduğunu  bildirirlər.

Təsərrüfatçılar birinci mərhələdə istixana şəraitində becərdikləri kartofun yığımına başlayıblar. Fermerlər deyirlər ki, builki mövsüm əlverişli keçsə də, məhsuldarlıq çox aşağıdır.

Təsərrüfat sahibləri deyirlər ki, bir neçə ildir toxumluq kartofun və mineral gübrələrin qiymətində kəskin artım var. Ona görə də kartofun maya dəyəri artıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Youtube kanalımız

Oxşar xəbərlər