“BakıKart” qəpiyə yaxın durmur: Qurum problemdən xəbərdardır, amma...

“BakıKart” qəpiyə yaxın durmur: Qurum problemdən xəbərdardır, amma...
19 May 2025 14:04

“BakıKart”ın ödəmə terminallarında olan problemlərlə bağlı şikayətlər ara vermir.

Gələn şikayətlərdən biri də kartın balansının artırılması zamanı ödəmə terminalının qəpik pulu qəbul etməməsi ilə bağlıdır.

Şikayətçilər bildirirlər ki, “20-ci sahə”dəki dayanacaqda, “Jurnalistlər binası”nın həyətində quraşdırılmış terminallar qəpik pulları qəbul etmir. Bu isə sərnişinlərin balans artırmasında çətinliklərə səbəb olur.

Qeyd edək ki, oxşar vəziyyət təkcə adıçəkilən ərazilərlə məhdudlaşmır. Müxtəlif ərazilərdəki dayanacaqlarda yerləşdirilən terminallarda da eyni problem müşahidə olunur.

Paytaxr sakini Təbriz Əlizadə əməkdaşımızla söhbətində bildirib ki, “BakıKart”ın terminallarında qəpiklə kartının balansını artıra bilmir:

“BakıKart”ın terminalları  qəpiyə yaxın durmur. Bəlkə mənim cibimdə kağız pulum yoxdu. Belə çıxır ki, onda avtobusa minməyək?”

Şikayətçi problemin aradan qaldırılması üçün tədbir görülməsini istəyir.


Sizin reklam burada
Sizin reklam burada