Bakıdan Gəncəyə: QHT əməkdaşlığında yeni mərhələ

Bakıdan Gəncəyə: QHT əməkdaşlığında yeni mərhələ
07 Noy 2026 10:45

Bakıdan Zəngilana, Xankəndidən Gəncəyə uzanan QHT-lərin Əməkdaşlıq Forumları son dörd ildə Azərbaycan vətəndaş cəmiyyətinin inkişafında mühüm platformaya çevrilib.

“Sağlam ailə, Sağlam cəmiyyət” İctimai Birliyinin sədri Emin Nəbili news365.az saytına açıqlamasında bildirib ki, hər forum öz dövrünün çağırışlarını əks etdirib. İlk tədbirdə QHT-lər arasında əməkdaşlıq və təcrübə mübadiləsi ön plana çıxıb, sonrakı forumlarda isə azad edilmiş ərazilərin bərpası, ekoloji məsələlər, milli maraqlar, beynəlxalq əlaqələr və rəqəmsal inkişaf müzakirə olunub. E.Nəbili hesab edir ki, forumların müxtəlif şəhərlərdə keçirilməsi QHT əməkdaşlığının regional miqyasını genişləndirib, bölgələrdə fəaliyyət göstərən təşkilatların təşəbbüslərinə diqqəti artırıb. Onun sözlərinə görə, növbəti mərhələdə əsas məqsəd forumlarda qurulan əlaqələri konkret layihələrə çevirmək olmalıdır. QHT-lər arasında birgə təşəbbüslərin artırılması, regional təşkilatların imkanlarının genişləndirilməsi və müasir texnologiyalardan istifadənin gücləndirilməsi sektorun inkişafına töhfə verə bilər. E.Nəbili vurğulayıb ki, forumların uğuru keçirilən tədbirlərin sayı ilə deyil, onların nəticəsində yaranan davamlı tərəfdaşlıqlar və cəmiyyətə verilən real töhfələrlə ölçülməlidir.


Sizin reklam burada
Sizin reklam burada