Bakı şəhərində gecədən bəri davam edən güclü külək fəsadsız ötüşməyib.
News365.az Oxu.Az-a istinadən xəbər verir ki, paytaxt ərazisində küləyin təsiri nəticəsində qurumuş ağac "Hyundai Tucson" markalı avtomobilin üzərinə aşıb.
Nəticədə avtomobilin arxa şüşələri sınıb, nəqliyyat vasitəsinə maddi ziyan dəyib.
Sözügedən hadisəyə dair görüntünü təqdim edirik: