Bakıda orta aylıq əməkhaqqı ARTIB

Bakıda orta aylıq əməkhaqqı ARTIB
19 Fev 2025 11:20

2024-cü ilin yanvar-noyabr aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 7,4 faiz artaraq 1255,5 manat təşkil edib.

Bu barədə News365.az-a Bakı şəhər Statistika İdarəsindən bildirilib.

    Xatırladaq ki, 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 8% artaraq 996,8 manat təşkil edib.


    Sizin reklam burada
    Sizin reklam burada