Bakıda maşın polis bölməsinə çırpıldı: Müğənninin qızı...

Bakıda maşın polis bölməsinə çırpıldı: Müğənninin qızı...
01 Yan 2025 14:58

Bu gün paytaxtın Yeni Günəşli qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

News365.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.

Məlumata görə, hadisəni "rent-a-car"dan icarəyə götürülmüş avtomobili idarə edən 17 yaşlı yeniyetmə törədib.

O, avtomobili yüksək sürətlə idarə edərək əvvəlcə həyətdə park edilmiş bir neçə maşına çırpılıb. Zərbənin təsirindən park halında olan avtomobillərdən biri yaxınlıqdakı polis bölməsinin divarını dağıdıb.

Qəza nəticəsində KİA, "Mersedes" və iki "Hunday" markalı avtomobilə ciddi zərər görüb.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirib ki, hadisəyə səbəb kimi ilkin ehtimal olaraq sürücünün idarəetməni itirməsi olub.

Qəza nəticəsində zərər çəkən avtomobillərdən birinin sürücüsünün Oxu.az-a verdiyi məlumata görə, onun maşınını vuran 90-OJ-071 dövlət nömrə nişanlı "Hunda Azera" markalı avtomobilin sürücüsü olub. Maşında bir oğlan, bir qız olublar.

"Mən iki nəfəri gördüm. Deyəsən, çox adam olub, qoyub qaçıblar, Maşını gətirib 33-cü polis bölməsinə çırpıblar. Bildiyimə görə, maşındakı sərnişin tanınmış müğənni Kəmalə Günəşin qızıdır. Hadisə səhər saat 7-də olub. Mən öz avtomobilimi polis bölməsinin yanında saxlamışdım. Yaxşı ki, həmin vaxt maşında olmamışam, çünki iş günü olmayıb. Yüksək sürətlə gəlib maşınımı vurublar", - sürücü bildirib.


Youtube kanalımız