Xırdalan şəhərində dəhşətli qətl hadisəsi baş verib.
News365.az xəbər verir ki, 1990-cı il təvəllüdlü Heybət Mahir oğlu Quliyevin küçədə meyiti tapılıb. Onun boğazının kəsildiyi bildirilir.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov Report-un sorğusuna cavab olaraq bildirib ki, hadisə mayın 16-da saat 22 radələrində baş verib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü İ.Novruzov saxlanılaraq istintaqa təhvil verilib