CNN də Ermənistan təmsilçisinə lağ etdi

CNN də Ermənistan təmsilçisinə lağ etdi
17 May 2025 22:30

CNN-in jurnalisti Avroviziya-2025 finalçılarını subyektiv reytinq əsasında qiymətləndirərkən Ermənistan təmsilçisi Parqın çıxışını istehza ilə şərh edib.


News365.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan mediası yayıb.


Jurnalist müğəninin köynəksiz olduğunu qeyd edirək, Parqın səhnə performansını zövqsüz adlandırıb. Bildirib ki, o, süni görünüşlüdür. Vurğulayıb ki, onun “ideallığı” süni intellekt tərəfindən yaradılmış obrazı xatırladır.


Müəllif əlavə edib ki, mahnı da dəhşətlidir.


Qeyd edək ki, Parqın ifasından sonra “Kan” aparıcısı da “İnana bilmirəm ki, bunlara (ermənilərə - red.) Qüdsdə bütöv bir məhəllə vermişik” deyə, erməni mədəniyyətinə lağ etmişdi


Sizin reklam burada
Sizin reklam burada