Bakıda evlər bahalaşdı - Ən çox bu rayonda

Bakıda evlər bahalaşdı - Ən çox bu rayonda
16:24

Bakının rayonlarında ötən il üzrə fərdi yaşayış evlərinin qiymətlərində baş verən dəyişiklik araşdırılıb. 

News365.az xəbər verir ki, bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti İctimai Birliyinindən bildirilib.

Qeyd olunub ki, 2025-ci ildə paytaxtın bütün rayonlarında fərdi yaşayış evləri bahalaşıb.

Ən sürətli qiymət artımı Səbail (24,3%), Sabunçu (23%) və Xəzər (22,2%) rayonlarında qeydə alınıb. Ən zəif artım isə Pirallahı (4,7%) və Qaradağ (5,5%) rayonlarında olub.

Hazırda ən bahalı fərdi yaşayış evləri Bakının mərkəzi sayılan Səbail rayonundadır - hər kvadrat metri 3 min manata çatıb. Nərimanov rayonunda belə evləri kvadrat metri 2200 manatdan, Nəsimi rayonunda 1600 manatdan, Yasamal rayonunda isə 1500 manatdan almaq olar./// Yurd.Media


Sizin reklam burada
Sizin reklam burada