Yaşayış evində baş verən yanğın söndürülüb - YENİLƏNDİ

Yaşayış evində baş verən yanğın söndürülüb - YENİLƏNDİ
25 Dek 2024 14:07

Bakının Nizami rayonunda yaşayış evində baş verən yanğın söndürülüb.

Bu barədə News365.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən fərdi yaşayış evində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

***

Bakıda evdə yanğın olub.

Bu barədə News365.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində fərdi evdə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.


Sizin reklam burada
Sizin reklam burada