Bu gün paytaxtın Binəqədi rayonu 9-cu mikrorayon ərazisində avtomobil yolda qazılmış çuxura düşüb.
News365.az xəbər verir ki, hadisə Cavadxan küçəsində, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin qarşısında qeydə alınıb.
Belə ki, avtomobil yolun hərəkət hissəsindəki çuxurda qalıb. Nəticədə ərazidə nəqliyyatın hərəkəti çətinləşib.
Hazırda həmin ərazidə olan polis əməkdaşları avtomobillərin hərəkətinə kömək edirlər. Yolda qazıntının hansı qurum tərəfindən aparılması hələlik məlum deyil.
Hadisə ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirilib ki, məsələ araşdırılıb:
“Məlum olub ki, qeyd edilən ünvanda “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qazıntı işləri aparılır və yekunlaşdırıldıqdan sonra asfalt örtüyü bərpa ediləcək. Məsələ nəzarətimizdədir”.