Xəbər verdiyimiz kimi yanvarın 3-dən etibarən Bakı-Balakən-Bakı qatarı fəaliyyətini bərpa edib. Bu da təbii ki, ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. Çünki, qatarla səyahət təhlükəsizlik və iqtisadi baxımdan çox sərfəlidir. Artıq müxtəlif insanlar bu qatar reysi barədə fikirlərini bildiriblər və bildirməkdə davam edirlər. Fikir bildirinlər sırasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də var. O hətta ilk reysin ilk sərnişinlərindən olub. Ona görə də Osman Gündüzün fikirlərini olduğu kimi təqdim edirik:
"Bakı-Balakən-Bakı qatarı ilə səyahətimin yekunu haqqında qısa təəssüratlarım :
1. 5 il dayandırılan, infrastrukturu yararsız olan bir dəmir yol marşrutunun yenidən bərpası və uzaq regionlara alternativ sərnişindaşımanın təşkli regionun inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu, gələcəkdə Bakı-Balakən-Tbilisi dəmir yol xəttinin çəkilişi üçün də zəmin yaradır.
2. ADY qatara minməyə qədər olan məsafəni tam rəqəmsallaşdırıb. Biletlərin axtarışı və alışını onlayn olaraq
sayt və mobil tətbiq üzərindən reallaşdırmaq olar, biletin yoxlanışı da tam rəqəmsallaşıb.
Kağız sənəd göstərməyə ehtiyac yoxdur, elə myGov-dakı şəxsi məlumatlar yetərlidir.
3. Qatar, vaqon və kupelər tam modernləşdirilib . Sanitar qovşaqları da gigiyenik qaydalara cavab verir. Səhər yuyunmaq üçün zəruri olan paket (diş yumaq üçüb, üz qırxmaq üçün və s) təmin edilib.
Hətta daraq da verirlər, düzü bilmədim mənim paketimə nə üçün qoyublar.
4. Bələdçi və servis xidməti bir-birindən ayrılıb. ADY servisi üçün başqa bir şirkətlə müqavilə imzalayaraq qidalanma xidməti təqdim edir. Vaqonda servislə əlaqə də rəqəmsallaşıb. Bot yaradıblar və Bot üzərindən mesajlara anında reaksiyalar verilir. Menyuları burada yerləşdiriblər.
5. İstifadə etdiyim Biznes və Standart+ da təqdim edilən qidaların və içkilərin ketfiyyətini yüksək hesab etmək olar. Xidmət səviyyəsini ölçmək üçün də imkanlar yaradılıb. Biznes klasda təqdim edilən qida paketinin dəyəri təxmini olaraq hesabladım ki 20 manat ətrafında ola bilərdi. Burada çay və su limitsizdir.
Standart+ -da yalnız buterbrod və sok, həmiçin çay təklif edilir. Burada növbəti çay sifarişi ödənişlidir – 1 manat.
6. Bir düyməni basmaqla bələdçilərlə əlaqə üçün imkanlar yaradılıb. Qida servisilə isə Bot vasitəsilə əlaqə imkanı var
7. Elektrik, İnternet, işıqlandırma və istilik də qaydasındaıdr. Wi-Fi ilə verilən internetin keyfiyyəti dəmir yolu boyunca mövcud olan mobil şəbəkədən asılıdır. Çünki internet vaqonlardakı xüsusi mobil modemlər vasitəsilə qəbul edilərək paylanır və əlbəttə ki burada müəyyən problemlər ola bilir.
8. Qatarların hərəkət qrafikini də çox düzgün seçiblər. Bakıda və rayonlara səhər çatıb, hansısa işləri görüb axşam geriyə dönmək üçün çox sərfəlidir. Qrafikə tam dəqiqliklə əməl olunur.
9. Avropa qatarlarının vaqonlarındakı monitorlardan olmasa da, qatarın daxilində stansiya və dayanacaqlarla bağlı səsləndirmə də təşkil eidlib, daha qapını açıb, pəncərdən boylanmağa, qonşudan soruşmağa ehtiyac qalmır: )
Təkliflər və arzular.
Əlbətə, dərhal qeyd etmək istərdim ki, hər üç vaqon tipi üçün təklif olunan qiymətlər çox yüksəkdir.
Biznes sinif qiymətlər isə əvvəlki mövcud SV-dən 4 dəfə bahadır. Hətta 20 manatlıq yeməyi çıxsaq belə yüksəkdir.
Düşünürəm ki ADY yemək paketini sərnişinlərin seçiminə buraxmaqla da qiymət məsələsinə yenidən nəzər sala bilər.
Anlaşılnadır ki, sərnişindaşıma rentabelli deyil və bu cür tariflər mövcud infrastrukturu və xidmət səviyyəsini qoruyub saxlamaq üçün tətbiq edilib.
İstənilən halda ümid edirəm ADY bu məsələyə yenidən baxacaq. Xüsusən də, tələbələr, pensiyaçılar və çoxuşaqlı ailələr üçün buna ciddi ehtiyac var.
Müntəzəm səyahət edənlər üçün xüsusi endirimli biletlər təklif edilə bilər. Stansiyalarla şəhər mərkəzləri arasında ictimai nəqliyyatın təmin edilməsi də vacibdir.
Bəzi xırda-para, tez aradan qaldırıla biləcək çatışmazlıqlar da müaşhidə etmişdim ki, ümid edirəm tezlikılə aradan qaldırılacaq.
P.S. Amma qeyd edim ki, artıq sərnişinləri yola salanlardan heç kim “O qatarın dalınca baxma” deyə bilməyəcək, yaxud qatarın yanında selfi çəkə, əllərini yelləyə bilməyəcək.
Çünki, bilmirəm nə dərəcədə doğrudur, yeniq qaydalara görə yola salanların platformaya daxil olmasına , qatarın yaxınlığına getməsinə icazə verilmir".