Bahçelidən “Ələvi Açılımı”: İlk addım musiqi ilə

Bahçelidən “Ələvi Açılımı”: İlk addım musiqi ilə
14:07

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli 29 oktyabrda elan ediləcəyi gözlənilən “Alevi Açılımı” öncəsi tanınmış müğənni Elif Buse Doğanla görüşüb. İddialara görə, Bahçelinin göstərişi ilə hazırlanan “Canların Türküsü” adlı əsəri Doğan səsləndirəcək.

Xatırladaq ki, ötən ay Bahçelinin Nevşehirin Hacıbektaş qəsəbəsində inşa etdirdiyi külliyənin açılışında “Alevi Açılımı”nı elan edəcəyi barədə xəbərlər yayılmışdı.

News365.az xəbər verir ki, bu gün isə MHP sədrinin baş məsləhətçisi Eyüp Yıldız açıqlama verərək Elif Buse Doğanın Bahçelini ziyarət etdiyini bildirib. Məlumata görə, əsərin sözləri Cafer Balçığa, musiqisi isə İsmail Altunsaraya məxsusdur.

“Alevi–Sünni qardaşlığına həsr olunub”

Yıldız açıqlamasında deyib:

“Samimi bir atmosferdə keçirilən görüşdə sənətçilərimiz belə bir layihədə iştirak etdiklərinə görə məmnuniyyətlərini ifadə etdilər. ‘Canların Türküsü’ təkcə bir musiqi əsəri deyil, həm də ictimai barışın, qardaşlığın və birgə könül birliyinin simvoludur. Bu əsər Alevi–Sünni qardaşlığını, milli birliyi və insanların ortaq ürəyini ifadə edən bir mədəniyyət xəzinəsi kimi xalqımıza ərməğan edildi.”

MHP rəhbərliyi hesab edir ki, bu addım mədəniyyət və sənətin birləşdirici gücünü ön plana çıxararaq gələcək nəsillərə dəyərli bir irs qoyacaq.




Sizin reklam burada
Sizin reklam burada