Azyaşlıya ağır işgəncələr verən anası saxlanıldı

Azyaşlıya ağır işgəncələr verən anası saxlanıldı
05 Mar 2025 12:53

Azyaşlı övladına işgəncə verən ana saxlanılıb. 

Bu barədə News365.az-a DİN-in Mətbuat Xidmətinin baş inspektoru polis leytenantı Lumu İsrəfilli məlumat verib. 

O qeyd edib ki, sosial şəbəkələrdə azyaşlının xəsarətləri əks olunan görüntülər polis tərəfindən araşdırılıb.  Məlumata görə, aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birgə uşağın sığınacağa yerləşdirilməsi təmin olunub.  Uşağın anası barəsində Cinayət Məcəlləsinin əzab vermə maddəsilə cinayət işi başlanılıb. 

Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.


Sizin reklam burada
Sizin reklam burada