"Azerbaijan Technologies" şirkətinə məxsus "Aztech" mağazalar şəbəkəsi cərimələnib.
News365.az-ın məlumatına görə, sözügedən mağaza barəsində 22 yanvar 2025-ci il tarixində İqtisadiyyat Nazirliyinin yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsi ilə (Qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi) protokol tərtib edilib.