“Azərbaycanın tələbləri dinc istiqamətdə Ermənistana təqdim olunur“- Fazil Mustafa

“Azərbaycanın tələbləri dinc istiqamətdə Ermənistana təqdim olunur“-  Fazil Mustafa
24 Apr 2024 13:54

"Ən böyük addım Rusiya sülhməramlılarının ölkəmizin ərazilərini tərk etməsidir. Biz sərhəddə dayandığımız müddətdə itiran Ermənistan idi". 

Milli Məclisin deputatı Fazil Mustafa bunu News365.az-a açıqlamasında deyib. 

"Azərbaycanın müəyyən dərəcədə tələbləri dinc istiqamətdə Ermənistana təqdim olunur. Biz artıq nəyisə müharibə yolu ilə həll etmək niyyətində deyilik.  Bizim üzərimizə düşən Qarabağı azad etmək idi, bunu da etdik. Bundan sonrası qonşuluq prinsipi əsasında razılaşma ilə həll etməyə yönəlib. Ermənistan buna inanmayaraq, bəzən yeni variantları sınamağa əl atdı və sonda Ermənistan baş naziri anladı ki, yeni variantıar heç bir halda Ermənistanın xeyrinə dəyişmir. Ona görə də Paşinyan görüşdən qayıdandan sonra, qəti qərar verdi ki, bizim arxamızda Amerika, AVropa Birliyi və Fransa dövlətlərinin vədlərindən başqa bir şey durmayacaq"- deyə bildirib. 

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər