Azərbaycanın nəhəng-hündürboy insanları: UĞUZLAR

Azərbaycanın nəhəng-hündürboy insanları: UĞUZLAR
12:39
Azərbaycan mifologiyası ümumtürk mifologiyasının tərkib hissəsidir. Qədim türk mifologiyası qaynaqlarından bəhrələnən mifologiyamız əski türk mifoloji modelini qoruyub saxlayır.Azərbaycan mifologiyası əski inam, etiqad, antromorfik və zoomorfik görüşlərlə zəngindir.
Müxtəlif xalqların folklorunda nəhəng qəhrəmanlara rast gəlmək mümkündür. Bir qayda olaraq bu nəhənglər qeyri-adi gücə və çox böyük bədən ölçülərinə malik olurlar.Dünyanın müxtəlif xalqlarının azman insanlardan bəhs edən mif və əfsanələrinin olması təsadüfi deyil. Çox güman ki, bu əfsanələrin təməlində nəsildən-nəslə ötürülmüş real faktlar dayanır. Söhbət, boyu 5 metrə çatan azman insanlardan gedir. Qədim tarixi sənədlərdə uzaq keçmişdə nəhəng insanların yaşadığına dair müxtəlif sübutlar var.
Türk etnoqonik miflərinə görə də, Azərbaycanın ən qədim insanlar olan uğuzlar/uzunlar çox uca boylu olmuşlar.Gəncəbasar, Qərbi Azərbaycan, Borçalı və digər ərazilərimizə məxsus folklorda qeyd edilir :
“Qabaqlar uğuzlar olublar. Onlar çox hündür imişlər. Hər biri bir çinar kimi. Ona görə indinin özündə də bir uca boylu adam görəndə deyirlər ki, uğuzdur"
El arasında deyirlər ki, uğuzlar bizim əcdadlarımız olublar.
Qədim dövr mifoloji düşüncələrinə görə, keçmiş dövr insanları çox böyük olarmış, ayaqlarının sırf dizdən aşağısı iki metr yarım olurmuş və min ildən daha çox yaşayarmışlar.
Əfsanələrə.görə Uğuzlar yemək istədiklərini əlləri ilə Günəşə qaldırıb guya onu bişirib yeyirdilər..
Uğuzlar insan sayılır və böyük xalça toxuyurlar.
Öldükləri yerdə dəfn olunurlar.
Uğuzlar Azərbaycan mifologiyasında nəhənglər və mifik varlıqlar dünyasının nümayəndələridir.
Uğuz xalqının da adı Oğuz dövləti kontekstində çəkilir və müasir azərbaycan türklərinin əcdadlarıdır.L.Məmmədova Şirvan ərazisindəki toponimlərdən danışarkən oğuz etnonimi ilə bağlı Uğuz düzü, Uğuz yurdu, Uğuz bulağı, Oğuz yurdu adlarını göstərir.Oğuz xan adına bəzi mənbələrdə Uğuz xan və ya Uz xan kimi də rast gəlinir.
Folklorumuzu formalaşdıran bəzi regionlarda Uğuz sözü "yekəpər" və ya "çoxyatan adam" anlamında işlənir.
"Hündürboylu, yekəpər adam" anlamında uğuz, uğuz ölüsü, "böyük məzar" anlayışları da yaranıb.
"Araz aşığımdandır, Kür topuğumdan" deyilən bir xalq məsələsi var. Bunu Mirəli Seyidov “Azərbaycan mifik təfəkkürünün qaynaqları” kitabında Uğuzlar ilə bağlayır:
“Uzaq keçmişdə burada nəhəng adamlar yaşayırmış. Onlardan Uğuz adlı birisi Kür çayından 40-50 km aralı yaşasa da əyilib bu çaydan su içə bilərmiş. Bunun üçün o bir ayağını Sac dağına, o biri ayağını Çoban dağına qoyub döşü ilə yaylacığa söykənərək, başını Kür çayına uzadarmış. Uğuz Kürü ən dərin çay sayarmış. Kür Uğuzun topuğundan imiş”
Bəs bu Uğuz/Uzun adamlar hara yox oldular?
Bu suala elm cavab verir: İsveçli Yohan Stivenson isə təbiətdəki canlıların vaxt keçdikcə kiçilmələrinin mümkünlüyünü iddia edir:
“Yer kürəsində atmosfer təzyiqi tədricən yüksəlməkdədir. Bu təzyiq bəşəriyyətin inkişaf tempinə də təsir göstərib. Belə ki, Yer kürəsindəki canlıların ölçüləri vaxt keçdikcə kiçilib. İnsanların da ölçülərinin 1 milyon il əvvəl 17-18 metr olması mümkündür”.
Zaur Əliyev, tarixçi alim

Sizin reklam burada
Sizin reklam burada