Azərbaycanda yeni medal TƏSİS EDİLƏCƏK

Azərbaycanda yeni medal TƏSİS EDİLƏCƏK
28 Apr 2025 17:02

“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005-2025)” Azərbaycan Respublikasının yubiley medalı təsis ediləcək.

News365.az xəbər verir ki, bununla əlaqədar qanun layihəsi Milli Məclisə daxil olub.

Parlamentin mayın 1-də keçiriləcək plenar iclasında “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun layihəsi müzakirə ediləcək.


Sizin reklam burada
Sizin reklam burada