Azərbaycanda pul bazası 12% artıb

Azərbaycanda pul bazası 12% artıb
13:20

Fevralın 1-i tarixinə Azərbaycanda pul bazası 22 milyard 545.3 milyon manat təşkil edib.

News365.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

Bildirilib ki, son bir ayda pul bazası 0.33% və ya 75.1 milyon manat artıb.

İllik müqayisədə isə pul bazası 12% və ya 2 milyard 421.2 milyon manat artıb.

Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının sərbəst bank və məcburi ehtiyatları) daxildir.


Sizin reklam burada
Sizin reklam burada