Azərbaycanda limon idxalı artdı - əsas pay Türkiyənin oldu

Azərbaycanda limon idxalı artdı - əsas pay Türkiyənin oldu
14:31

Bu ilin yanvar–avqust aylarında Azərbaycana xaricdən gətirilən limon və laymın həcmi və dəyərində dəyişiklik müşahidə olunub. Bakıvaxtı.az Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, 15 983 ton məhsulun ümumi dəyəri 15,54 milyon dollar təşkil edib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 2 % artım, kəmiyyət baxımından isə 3 % azalma deməkdir.

Ən çox limon idxal edilən ölkələr

– Türkiyə Azərbaycana 7,1 milyon dollar dəyərində 9 372 ton limon göndərib. Bu, əvvəlki illə müqayisədə həm dəyər, həm də həcim üzrə ciddi azalmadır (müvafiq olaraq –14 % və –15 %).

– Cənubi Afrikadan idxal 6,7 milyon dollar dəyərində 5 103 ton təşkil edib. Ötən ilə nisbətən cüzi azalma qeydə alınıb.

– Argentina isə bazara yeni daxil olaraq 855 min dollar dəyərində 634 ton limon tədarük edib.

– Çin və İran istiqamətində isə kəskin artım müşahidə olunub. Çinlə ticarət dəyər üzrə 4,6 dəfə, İranla isə 196 dəfə artıb.

Ümumilikdə ötən il Azərbaycana idxal edilən 23 min ton limon və laymın 74 %-i Türkiyənin payına düşüb ki, bu da ölkənin bazarda hələ də əsas tədarükçü olduğunu göstərir.

Mütəxəssislərə görə, idxal dinamikasındakı dəyişikliklər həm dünya bazarındakı qiymət dalğalanmaları, həm də ölkədaxili tələbatın artıb-azalması ilə bağlıdır.

News365.az


Sizin reklam burada
Sizin reklam burada