Azərbaycanda ən çox viza bu ölkələrə verilib

Azərbaycanda ən çox viza bu ölkələrə verilib
12 Apr 2025 20:45

2024-cü ildə Azərbaycanda ən çox hansı ölkələrə viza verilib?


News365.az xəbər verir ki, Modern.az Nazirlər Kabinetinin hesabatında bu suala cavab axtarıb.


Məlum olub ki, ötən il Azərbaycanda ən çox viza verilən ölkə Amerika Birləşmiş Ştatlarıdır (2 323 viza). ABŞ-dan viza almaq üçün ümumilikdə 2 437 müraciət daxil olub.


Siyahıdakı digər ölkələr aşağıdakılardır:


Birləşmiş Krallıq: 1 878 müraciət, 1 818 viza


Braziliya: 1 365 müraciət, 1 323 viza


Nigeriya: 1 359 müraciət, 1 304 viza


Almaniya: 1 128 müraciət, 1 094 viza


Hindistan: 1 019 müracit, 999 viza


Keniya: 898 müraciət, 873 viza


İtaliya: 783 müraciət, 762 viza


Yaponiya: 757 müraciət, 746 viza


Kanada: 704 müraciət, 686 viza


Sizin reklam burada
Sizin reklam burada