Bu gün Azərbaycanda ailə həkiminə olan tələbat ödənilmir.
News365.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin keçirilən iclasında "İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusunda ictimai dinləmədə Səhiyyə Nazirliyinin Tibb müəssisələrinin Akkreditasiyası və keyfiyyətə nəzarət Mərkəzi PHŞ-ın İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra edən Şərafət İsmayılova deyib.
Şərafət İsmayılova bildirib ki, 30 nəfər imtahandan keçib, amma yalnız 5 nəfər proqramı yekunlaşdırıb: “Bu say ilkin səhiyyə xidmətində ailə həkiminə olan tələbatı ödəmir. Ailə həkimi kimi çalışa biləcək pediatrlarımız, digər həkimlərimiz var. Tibb Universitetində ailə həkimi hazırlanması üçün də işlər görülməlidir. Digər məsələ regionlarda təqaüd yaşına çatmış tibb personalının, xüsusilə həkimlərin xüsusi kurs keçəndən sonra regionlarda ailə həkimi kimi fəaliyyət göstərməsi məsələsi də yeni qaydada öz əksini tapıb”.