Azərbaycanda 18 yaşlı qız qeysəriyyə əməliyyatından sonra öldü

Azərbaycanda 18 yaşlı qız qeysəriyyə əməliyyatından sonra öldü
03 May 2025 15:42

Azərbaycanda qeysəriyyə əməliyyatı olunan qadın ölüb.

News365.az xəbər verir ki, 18 yaşlı Kürdəmir rayon sakini Tahirə Hüseynova aprelin 26-da Sumqayıt Tibb Mərkəzində qeysərriyə əməliyyatı olunub. Əməliyyatdan sonra gənc qadının halı pisləşib və o, Bakıdakı Mərkəzi Kiliniki Xəstəxanaya gətirilib.

Lakin burada görülən tədbirlərə baxmayaraq, mayın 1-də orada ölüb.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada