Azərbaycana keçməyə çalışan erməni vətəndaşı tutuldu

Azərbaycana keçməyə çalışan erməni vətəndaşı tutuldu
13:50

Dövlət sərhədinin təhlükəsizliyi və etibarlı mühafizəsinin təmin ediləsi istiqamətində mübarizə tədbirləri uğurla davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən News365.az-a verilən xəbərə görə, sentyabrın 1-də DSX Sərhəd Qoşunlarının "Qubadlı" əlahiddə sərhəd diviziyasının xidməti ərazisində Ermənistandan Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması əlamətləri aşkar edilib.

Çətin relyefə malik olan, dağlıq və sıx meşəlik ərazidə həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində dövlət sərhədini pozmuş İraq Respublikası vətəndaşı – 2002-ci il təvəllüdlü Ali Emad Attallah Badravi saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.


Sizin reklam burada
Sizin reklam burada