Azərbaycana irad bildirən ölkələr sümüklərdən kilsələr tikib- ŞOK FAKTLAR

Azərbaycana irad bildirən ölkələr sümüklərdən kilsələr tikib-  ŞOK FAKTLAR
24 Apr 2024 13:01

Son günlər xarici ölkələrin mətbuatında və sosial media səhifələrində

Azərbaycanda 44 günlük müharibədən sonra yaradılan Hərbi Qənimətlər parkına qarşı kampaniya başlayıb. Guya ki, Azərbaycan bu parkda insanlığa ləkə gətirən məqamları nümayiş etdirir.

Məsələ ilə bağlı tarixçi alim Zaur Əliyevin mövqeyini öyrəndik. Taixçi alim mövzu ilə bağlı bir araşdırmasını News365.az-a təqdim etdi.

Həmin araşdırmanı diqqətinizə çatdırırıq:

“Qənimətlər parkı dünyanın əksər ölkəsində var. Maraqlanmaq istəyənlər buyursunlar Çin Xalq Respublikasının Xalq-Azadlıq Ordusunun

Muzeyinə söz desinlər. Ya da elə cəsarətləri çatır, Böyük Britaniyada İmperiya Müharibə Muzeyi (Imperial War Museum) fəaliyyət göstərir, ona etiraz etsinlər.

Görəsən Qərbin əksər ölkələrində bu gündə insan sümükləri və məzarları üzərində

qurulan kilsələr, katakombalar (yeraltı sərdabə) və iziyarət etdikləri abidələri niyə

görməzdən gəlir bu şəxslər?! Katakomba və sərdabələrə əksər xalqların mədəniyyətində rast gəlinirsə demək bunların mədəniyyəti elə bu imiş?

Bizim Hərbi Qənimətlər Parkında yalnız düşmən tərəfdə istifadə edilib və sonra yararsız vəziyyətə salınan texnikalar nümayiş edilir. Ancaq onların ziyarət etdikləri yerlərdə minlərlə insanın məzarları yerləşir axı…

Yaponiyada Mimizuka ( "Qulaq kurqan" və ya "Qulaqlı məzar"), Kyoto şəhərində yerləşir və öldürülən Koreya əsgərlərinin və mülki şəxslərin kəsilmiş burunları, qulaqları və bədən üzvlərinin istifadə edildiyi abidədir. Yaxud Polşada Kudova-Zdruy şəhərində yerləşən kütləvi məzarlıq olaraq 1776-cı ildə

Qlas qraflığında inşa edilmiş ossuar ibadətgahdır. Bu kilsədə üç min kəllə, eləcə də

təməlində 21 min insanın sümükləri vardır. Yaxud İtaliyada, Roma şəhərində yerləşən Santa Maria della Concezione Kapuçin Kilsəsini misal olaraq göstərək. Bura 4000 mindən çox insanın sümükləri üzərində tikilib. “Müqəddəs Mariya de Vamba kilsəsi,” Valyadolid, İspaniya, “Otranto Şəhidlər Katedrali” Otranto, İtaliya, “Kəllələr” Hallstatt, Avstriya və bu kimi ibadətgahlar Amerikanın hər iki qitəsində, Avropa ölkələrində yaxud elə Şərqin özündə var. Özləri məzar və sümüklər üzərində ibadət evləri yaradırlar, amma niyə görə bizə bu parkın varlığını çox görürlər. Hələ götürək Fransanı. Avropanın “demokarik” ölkəsini. Bəli, ola bilsin ki, orda insan hüquqları barədə ideyalar çox olsun. Nəticədə isə ayaq qoyduqları hər dini ibadət evləri günahsız insanların məzarları və sümükləri üzərində tikilib.

Bu gün Fransa turistləri ziyarət etməyə yönəltdiyi məkanlardan biri də Paris

katakombalarıdır. Labirint tipli katakombaların geniş şəbəkəsi Fransa paytaxtının yeraltı hissəsinin 180 mildən çoxunu əhatə edir və Parisin ən yaxşı və ən qəribə görməli yerlərindən biridir. Hər il bir milyondan çox turistin ziyarət etdiyi katakombaların yalnız bir neçə filialı maraqlı ziyarətçilər üçün açıqdır, qalanları təhlükəli və girmək qeyri- qanuni sayılır. 17-18-ci əsrlərdə Paris həddən artıq izdihamlı oldu və ərazisini genişləndirmək üçün daha çox yerə ehtiyac duydu. Səlahiyyətlilər problemin "praktiki" həllini tapdılar - ölüləri qazdılar və qalıqlarını şəhərin altındakı katakombalarda basdırdılar. Sümüklər rəflərdə bir-birinin üstündə, ayaqları ayaqların yanında, qollarqollara, kəllələr isə kəllələrə düzülmüşdü. L'Ossuaire Municipal, 6 milyondan çox insanın yer üzündəki qalıqlarını ehtiva edən qorxunc bir məbəddir.

Monumental sükut ziyarətçilərin burada qarşılaşacaqları yeganə qorxulu şey deyil. Bütün yol boyu Parisin katakombalarına getməyə qərar verən şəxsləri güclü çürümə və yarı qaranlıq qoxusu müşayiət edəcək.

Yaxud Douaumont ossuari və nekropolunun adını çəkək. Ossuari 1932-ci ildə açılıb və Verden döyüşündə həlak olmuş həm fransız, həm də alman tərəfdən 130.000 naməlum əsgərin qalıqları üzərində tikilən bir abidədir. Ossuarinin qarşısında isə milli nekropol yerləşir - Birinci Dünya Müharibəsindən qalan 16.142 fransız əsgərinin məzarı olan ən böyük Fransız qəbiristanlığıdır ki, onun əksərini dağıdıb üzərində kilsə yaradıblar.

Fransanın Baiye şəhərini də misal göstərə bilərəm. Burada əksər tikililər və abidələr hamısı müharibədə öldürülmüş insanların sümükləri üzərində yaradılıb. Burda kilsə tikilən zaman məzarların olması belə nəzərə alınmadan tikilib. Daha bir misal, Picpus Parisin 12-ci rayonunda yerləşən özəl qəbiristanlıqdır. 1794-cü ildə burada 1306 nəfər başları kəsilmiş fransızların basdırıldığı kütləvi məzarlıqlar qazılmışdır. 1802-ci ildə bura yerli varlılara satıldı və 1841-ci ildə isə məzarların əksəri üzərində Notre-Dam-de-la-Paix kilsəsi tikildi.

Daha bir misal, Kuvre şəhərində olan Roan qalasının xarabalıqlarına nəzər salaq. Bu qala tikilən zaman minlərlə insanın sümüklərindən material kimi istifadə edilib.

Bu kimi misallar çoxdur, özlərini “avrosentrist”, pasifist kimi qələmə verən, əslində isə Ermənistanın maraqlarına qulluq edən şəxslərin diktəsi ilə söz deyənlərə sadəcə demək istəyirəm “Yaxşı etmişik,sakit durmasalar Parkımız daha da genişlənəcək”.

İlhamə Qiyas, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər