"Azərbaycana dəvət almamışam" - Overçuk

"Azərbaycana dəvət almamışam" - Overçuk
24 İyl 2025 17:12

Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk Azərbaycana səfər planlarının olmadığını bildirib.

News365.az xəbər verir ki, jrnalistlərin “Yaxın vaxtlarda Azərbaycana səfər etməyi planlaşdırırsınızmı?” sualına cavab verən Overçuk deyib: “Yaxın vaxtlarda dəvətlər yoxdur hələ”.

Qeyd edək ki, Overçukun sonuncu rəsmi səfəri 2024-cü ilin 9 avqustunda baş tutub. Həmin tarixdə o, Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi əməkdaşlıq komissiyasının 22-ci iclasında iştirak etmək üçün Bakıya gəlib.

Bundan sonra, 2025-ci ilin iyun ayının sonunda Rusiya Baş nazirinin müavininin Azərbaycana daha bir rəsmi səfəri planlaşdırılmışdı. Lakin bu səfər sonradan ləğv edilib.


Sizin reklam burada
Sizin reklam burada