Azərbaycanın İrandakı və İsraildəki səfirlikləri, Təbrizdəki konsulluğu fəaliyyətini davam etdirir.
News365.az xəbər verir ki, bu barədə Apa-ya Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məlumat verib.
O qeyd edib ki, İsrail və İranın qarşılıqlı hücumları nəticəsində vətəndaşlarımızın həlak olması və yaralanması barədə məlumat daxil olmayıb.