Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıya səfərə gələn Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Alini qarşılayıb.
News365.az xəbər verir ki, bu barədə XİN "X" hesabında paylaşım edib.
Qeyd edilib ki, nazirlər arasında təkbətək görüş keçirilir.