Ermənistandakı seçkilərə qədər "Sülh Körpüsü" çərçivəsində bir neçə görüş planlaşdırılır.
News365.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında "Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin növbəti görüşündə iştirak etmiş Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov bildirib.
O, qeyd edib ki, may-iyun ayına qədər ortaq bir neçə layihə icra etmək fikirlərinin olduğunu qeyd edib:
“Sülh körpüsü ilə bağlı olaraq, indiki mərhələdə vaxt çərçivəmiz may-iyul aylarını əhatə edir. Çünki Ermənistanda mayda seçki hazırlığı, iyunda isə seçki baş tutacaq. Buna görə də, həmin dövr ərzində ciddi iş görməyimiz çətinləşir. Ona görə də may-iyun aylarına qədər daha bir neçə görüş keçirmək, sülh mesajını hər iki cəmiyyətin daha böyük qisminə, media qurumlarına, beyin mərkəzlərinə çatdırmaq mümkün olsa, ortaq bir neçə layihə etmək fikrimiz var”.
Qeyd edək ki, 13-14 fevral tarixində "Sülh Körpüsü” təşəbbüsü çərçivəsində görüşü olub. Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin növbəti görüşü baş tutub. Bu dəfə təşəbbüsün hər iki tərəfdən ümumilikdə 39 nəfər görüşə qatılıb. Azərbaycan nümayəndə heyəti delimitasiya və demarkasiya olunmuş quru sərhədini keçərək Ermənistana daxil olub. Sərhəd keçidi sərhəd və gömrük nəzarəti prosedurlarına uyğun həyata keçirilib, həmçinin mövcud COVID məhdudiyyətləri ilə bağlı xüsusi icazə alınıb.
Proqrama əsasən, Azərbaycan nümayəndə heyəti Ermənistanda təxminən 35 saat olub. Bu müddət ərzində 4 saat yol və mehmanxanaya yerləşmə, 4 diskussiya sessiyası, iki rəsmi görüş, mətbuat konfransı və davamlı qeyri-formal dialoq təşkil edilib.