Azərbaycan - Serbiya münasibətləri: Avropadakı əsas tərəfdaşlarımızdan biri kimi-TƏHLİL

Azərbaycan - Serbiya münasibətləri: Avropadakı əsas tərəfdaşlarımızdan biri kimi-TƏHLİL
15:17

Belqradda Azərbaycan Prezidenti İlham Əliyevin və Serbiya Prezidenti Aleksandar Vuçiçin iştirakı ilə Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasında iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Nəzərə alaq ki, Serbiya-Azərbaycan münasibətləri iki ölkənin liderlərinin təşəbbüsləri sayəsində ən yüksək səviyyəyə qalxıb.



Bununla bağlı fikirlərini  News365.az-la bölüşən millət vəkili Samir Vəliyev deyib ki, son dövrlər Azərbaycan Serbiya münasibətləri sürətlə ikişaf edir:

“Münasibətlər artıq strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Serbiya üçün Azərbaycan çox önəmli strateji tərəfdaşdır. Artıq Azərbaycan Avropanın 16 ölkə ilə mavi qazın ixracı üçün tərəfdaşlıq edir. Serbiya da bu ölkələrdən biridir. İki ölkə arasında münasibətlər çox şaxəlidir. Siyasi, iqtisadi anlaşmalarla birlikdə təhlükəsizlik baxımından da əməkdaşlıq dərinləşir. Siyasi nöqteyi nəzərdən bu əməkdaşlıq Azərbaycan və Serbiyanın bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşması,  müxtəlif siyasi platformalarda bir-birini dəstəkləməsi və s. kimi faktları göstərmək olar. Enerji təhlükəsizliyi və iqtisadi məsələlər də bu münasibətlərin inşifında böyük rol oynayır”

Müsahibimiz onu da əlavə edib ki, Serbiya Azərbaycandan mavi qazın idxalını artırmaq niyətindədir:

“Ölkələr arasındakı ticari dövriyyədə artıb. Əgər 2015-ci ildə bu 15-20 milyon dollar idisə, bu gün 100 milyon dollara yaxındır. Eyni zamanda Azərbaycan da Serbiyada müxtəlif sahələrə investisiyalar edib. Bu məbləğ 300 milyon ABŞ dollarından artıqdır. Ölkələr arsındakı əlaqələrin bu səviyyədə inkişafında dövlət başçılarının yaxşı münasibətləti də böyük rol oynayır. Cənab Vuçiçin İlham Əliyevi birbaşa hava limanında qarşılaması da ölkəmizin rəhbərinə olan hörmətin göstəricisidir. Düşünürəm ki, Azərbaycan və Serbiya münasibətləri bu səfərdən sonra daha da dərinləşəcək".

News365.az


Sizin reklam burada
Sizin reklam burada