Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı
17 Apr 2024 11:06

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.

News365.az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 1 ABŞ dolları və ya 1,09% bahalaşaraq 93,06 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın 2024-cü ilin dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

“Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.


Youtube kanalımız

Oxşar xəbərlər